Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Bizim.Media xəbər verir ki, dövlətimizin başçısının Vətən müharibəsi şəhidinin anası ilə dialoqu maraq doğurub:
Prezident İlham Əliyev: Allah Soltanlı uğrunda döyüşlərdə şəhid olanlara rəhmət eləsin.
Qadın sakin: Şəhid anasıyam. 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin sahibi Ziyadxan Əliyevin anasıyam.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın sakin: Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın. Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz.
Prezident İlham Əliyev: Həmişə birlik olacaq, həmişə bir-birimizə arxa-dayaq olacağıq.
Qadın sakin: Bəli, həmişə arxanızdayıq, Sizi sevirik.
Qeyd edək ki, Ziyadxan Əliyev 2020-ci il oktyabrın 1-də Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından təxliyə edərkən düşmən snayperinin atəşi nəticəsində şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:25 / 06.11.2026
Şəhid anasından Prezidentə duyğusal sözlər: “Həmişə arxanızdayıq, sizi sevirik”
Hazırda oxunan: Şəhid anasından Prezidentə duyğusal sözlər: “Həmişə arxanızdayıq, sizi sevirik”
Hazırda oxunan: Şəhid anasından Prezidentə duyğusal sözlər: “Həmişə arxanızdayıq, sizi sevirik”
646425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































