Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.
Bizim.Media xəbər verir ki, daha sonra və Prezident və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
Dövlətimizin başçısı və birinci xanım sakinlərlə söhbət edib, xatirə şəkilləri çəkdiriblər:
Kişi sakin: Bizim camaat işləməyi sevir. Dediyim kimi, gələn dəfə gələndə buranı tanımayacaqsınız. Burada həyat başqa cür olacaq, Allah haqqı. İndiyədək Siz etmisiniz, bundan sonra biz edəcəyik. Təbii ki, yaşayıb-yaradacağıq.
Prezident İlham Əliyev: Artıq sizin işinizdir. Bizim üzərimizə nə düşübsə, bu kənd üçün etmişik.
Kişi sakin: Bəli, Siz öz borcunuzdan çıxmısınız. Buradan beləsini, Allah qoysa, biz edəcəyik. Çox sağ olun, çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.
Prezident İlham Əliyev: Sonra bəs?
Kişi sakin: Otuz yaşımda da müharibə.
Prezident İlham Əliyev: Hara getdiniz?
Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.
Prezident İlham Əliyev: Qonşuyuq?
Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
19:54 / 06.11.2026
Prezidentin Cahangirbəyli sakini ilə səmimi dialoqu: “Bakıda qonşuyuq” - Video
Hazırda oxunan: Prezidentin Cahangirbəyli sakini ilə səmimi dialoqu: “Bakıda qonşuyuq” - Video
Hazırda oxunan: Prezidentin Cahangirbəyli sakini ilə səmimi dialoqu: “Bakıda qonşuyuq” - Video
646405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































