Rumıniyanın Qara dəniz sahillərində, Kostansa limanından təxminən 13 dəniz mili məsafədə "Khoryv" ticarət gəmisi batıb.
Bizim.Media “RG.ru”ya istinadən xəbər verir ki, Rumıniya Hərbi Dəniz Qüvvələri həyəcan siqnalını səhər saat 10:00 radələrində alıb.
Göyərtədə 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 heyət üzvü olub.
İlkin məlumatlara görə, xilasedicilər heyətin 9 üzvünü xilas edə biliblər. Bir nəfərin həlak olduğu, digər 3 nəfərin isə axtarışlarının davam etdirildiyi bildirilir. Əlverişsiz hava şəraitinə baxmayaraq, ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.
Qəzanın dəqiq səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin bəzi mənbələrin iddiasına görə, ticarət gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalmış ola bilər.
Bizim.Media
































































































