ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Hazırda oxunan: ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

642496

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores siyasi rəqiblərinə işgəncə vermək məqsədilə sui-qəsddə iştirak ittihamları üzrə təqsirlərini qəbul etməyiblər.

Bizim.Media xəbər verir ki, onlar bununla bağlı bəyanatı Nyu-Yorkun Manhetten rayonundakı federal məhkəmədə veriblər.
 

ABŞ prokurorluğunun iddiasına görə, Maduro ona qarşı sui-qəsddə şübhəli bilinən müxalif siyasətçilərin və hərbçilərin işgəncələrə məruz qalması barədə göstərişlər verib. İttiham aktında, xüsusilə 2014-cü ildə hakimiyyətə qarşı çıxmaqda şübhəli bilinən hərbçilərin məlumat əldə etmək məqsədilə saxlanılması barədə əmr verdiyi iddia olunur.


Bundan əvvəl Maduro və həyat yoldaşı narkotik ticarətinə yardım etmək üçün vəzifə səlahiyyətlərindən istifadə ilə bağlı ittihamlar üzrə də təqsirlərini qəbul etməyiblər.

Məhkəmə prosesinin 2027-ci il iyunun 1-də başlanması planlaşdırılır. Bütün ittihamlar üzrə təqsirli bilinəcəkləri təqdirdə, onların hər birini ən azı 50 il həbs cəzası gözləyir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin