Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Hazırda oxunan: Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

642500

Reper Navai Bakirov Qazaxıstanın Taraz şəhərində yerləşən 13 saylı istintaq təcridxanasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu təcridxana 2022-ci ildə məhbuslarla qəddar rəftar edilməsi barədə məlumatlar yayıldıqdan sonra ölkə gündəminə düşüb.
 

Bildirilib ki, Navai təkadamlıq kamerada saxlanılır. Onun vəkili işi üç həftə ərzində yekunlaşdırmağa ümid edir. Reper vəkilinə mətbuatla ünsiyyət qurmağı qadağan edib.


Qeyd edək ki, reper narkotik vasitələrin qaçaqmalçılığı şübhəsi ilə cinayət işinə cəlb olunub. Ondan 2,5 qram marixuana götürüldüyü bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin