ABŞ Maliyyə Nazirliyi İrana bağlı 14 şəxsi və maliyyə sektoru, eləcə də ticarətlə əlaqəli bir sıra şirkətləri sanksiya siyahısına daxil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən İranın müəyyən fəaliyyətlərinə qarşı yönəlmiş fərman əsasında tətbiq olunub.
Sanksiya siyahısına İranda fəaliyyət göstərən valyuta mübadiləsi şirkətləri və maliyyə qurumları, eləcə də Honkonq və İraqdakı təşkilatlar daxil edilib.
Onların arasında Bağdadda yerləşən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişafı Bankı da var.
Bizim.Media































































































