Rusiyanın Almatıdakı Baş Konsulluğu azərbaycanəsilli rusiyalı reper Navai (Navai Bakirov)ın saxlanılması ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyinə nota göndərib.
Bizim.Media xəbər verir ki, Rusiya tərəfi hadisə ilə bağlı rəsmi açıqlama istəyib. Rusiyanın Baş Konsulluğu vəziyyəti izlədiyini bildirib.
Qeyd edək ki, reper oktyabrın 13-də Qazaxıstana daxil olarkən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb.
Cambul vilayətinin polisinin məlumatına görə, iş narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz saxlanılması şübhəsi ilə bağlıdır.
Məlumata əsasən, Bakirovun iki ay müddətinə həbsdə saxlanılması nəzərdə tutulub.
Bizim.Media

- A-
- A
- A+
Region
19:26 / 15.10.2026
Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ
Hazırda oxunan: Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ
Hazırda oxunan: Navaiyə görə Rusiya Qazaxıstana NOTA GÖNDƏRDİ
642478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































