Rusiyada keçirilən bir yarışmada qeyri-adi hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, yarışma proqramında avtomobil qazanmaq üçün bir-biriylə rəqabət aparan iştirakçılar arasında dava olub.
Alt paltarında olan qız əlindəki hündürdabanla yanında dayanan oğlana vurmağa başlayıb. Qızın bu addımına əvvəlcə səbrlə yanaşan oğlan bir anda hiddətlənib.
Kişi yarışmaçı qadını saçından tutaraq yerə çırpıb. Daha sonra isə onun üzünə yumruq vuraraq yerinə qayıdıb. Davadan sonra qızın burnu sınıb.
Veriliş iştirakçıları hadisədə qızın günahkar olduğunu deyiblər. Aparıcılar isə burnu qanayan qız üçün studiyaya təcili yardım çağırmaqla kifayətlənməli olublar.










































































































