Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Cüdo Federasiyası yayıb.
Siyahıya Beynəlxalq Cüdo Federasiyasının (İJF) Qaçqınlar komandası da daxil edilib. Həmin kollektivlə birlikdə say 96 olub.
İdmançıların sayı isə hələlik 643-dür.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq. (Report.az)
Bizim.Media


































































































