Fironlar turistləri Misirə çağırır - VİDEO

Hazırda oxunan: Fironlar turistləri Misirə çağırır - VİDEO

63771
Bu ilin ikinci yarısından etibarən Misirə turist axını bərpa olunmağa başlayıb. 

Sentyabr ayında ölkəyə 800 min turist gəlməyə başlayıb ki, bu rəqəm Qahirəni etirazlar bürüyən bir il əvvəlki vəzyyətə görə 3 dəfə çoxdur.

Yanvarda Misir “ərəb baharı”x9dnın 4 ilini qeyd edəcək. Milli turizm sənayesi üçün bu illər heç də ziyansız keçməyib. 2010-2013-cü illər ərzində “Piramidalar ölkəsi”x9dnin turizmdən gəlirləri 2 dəfə azalaraq 12,5 miyard dollardan 5,8 milyarda, turistlərin sayı isə 9 milyon insandan 5 milyona enib.

Qeyd edək ki, inqilabdan əvvəl turizm sənayesi milli iqtisadiyatın 15 faizini təşkil edirdi. Bu ölkənin kiçik biznesi üçün demək olar əsas gəlir mənbəyi hesab edilirdi. Hazırda bu sahə ölkə iqtisadiyyatının 10 faizini təşkil edir. Lakin hər bri halda turizm 2,9 milyon misirlini işlə təmin edir.(publik.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin