Çilinin keçmiş prezidenti Mişel Baçelet BMT-nin baş katibi vəzifəsinə seçkilərdən öz namizədliyini geri çəkib.
Bizim.Media xəbər verir ki, EFE agentliyinin məlumatına görə, o, bu qərarı BMT-də növbəti qeyri-rəsmi məsləhətləşmə səsverməsindən sonra elan edib.
Səsvermənin nəticələrinə əsasən, Baçelet namizədlər arasında sondan ikinci yeri tutub. Sorğuda o, 1 dəstək səsi, 11 əleyhinə səs alıb, digər üç ölkə isə müəyyən mövqe ifadə etməyib.
Baçelet mürəkkəb beynəlxalq şəraitdə yarışda iştirakını dayandırmaq qərarına gəldiyini bildirib.
O, həmçinin BMT-nin növbəti baş katibini seçərkən mövcud siyasi kontekstin nəzərə alınmasının vacibliyini qeyd edib. BMT-nin yeni rəhbərinin seçkiləri səlahiyyət müddəti 2026-cı ilin sonunda başa çatan Antoniu Quterterişin varisini müəyyən etməlidir.
Bizim.Media





































































































