"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.
Bizim.Media xəbər verir ki, komanda VI turda "İmişli"ni məğlub edib.
Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub.
35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb.
Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb. Ehtiyatda bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:23 / 19.09.2026
"Sabah" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı
Hazırda oxunan: "Sabah" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı
Hazırda oxunan: "Sabah" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı
637615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































