Livanda İsrail əsgərləri minaya düşdü

Hazırda oxunan: Livanda İsrail əsgərləri minaya düşdü

637595

İsrail ordusunun zirehli texnikası Livanın cənubunda partladılıb.

Bizim.Media “teleqraf.az”a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

Bildirilir ki, hadisə İsrail ordusunun nəzarətində olan Livanın cənubundakı sözdə təhlükəsizlik zonasında baş verib. İsrail tərəfinin məlumatına görə, avtomobil şiə Hizbullah hərbi birləşmələrinin üzvləri tərəfindən yerləşdirilmiş partlayıcı qurğu ilə partladılıb.

Partlayış nəticəsində iki İsrail əsgəri yüngül yaralanıb və müalicə üçün xəstəxanaya aparılıb.

Mətbuat xidmətinin məlumatına görə, cavab olaraq İsrail ordusu Livanın bir neçə ərazisində Hizbullahın hərbi infrastruktur obyektlərinə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin