Arayikin Bakı həbsxanasındakı xahişi yerinə yetirildi

Hazırda oxunan: Arayikin Bakı həbsxanasındakı xahişi yerinə yetirildi

637638

Qarabağ separatçılarının keçmiş rəhbəri Arayik Arutyunyan Bakıdakı həbsxanada notarius xidmətindən istifadə edib.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva RİA Novosti-yə açıqlamasında bildirib.

Ombudsmanın sözlərinə görə, onun erməni əsilli şəxslərlə, o cümlədən Arayik Arutyunyanla görüşləri istintaq dövründə, məhkəmə prosesləri zamanı, həmçinin məhkum edildikdən və penitensiar müəssisəyə köçürüldükdən sonra keçirilib.

“Son görüş zamanı Arutyunyan notarius xidmətindən istifadə edib”, – Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri həmin xidmətin göstərilməsini müşahidə ediblər.
 

Ombudsman Arutyunyanın konkret olaraq hansı notariat xidmətindən istifadə etdiyi açıqlanmayıb.


Bundan başqa, onun əlavə tibbi müayinədən keçirilməsi, eləcə də ailə üzvləri ilə əlavə telefon danışıqları aparması ilə bağlı məsələlərin həlli təmin edilib.

Qeyd edək ki, Arayik Arutyunyan Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərindən biri kimi hazırda Bakıda həbs cəsası çəkir. Məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cazası kəsib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin