Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Hazırda oxunan: Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

637613

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib.

Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, mübadilə Belarus ərazisində baş tutub.

Ukrayna 15 vətəndaşını, Rusiya isə 3 nəfəri geri qaytarıb.

Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets bildirib ki, geri qaytarılanlar arasında yaşlı və ağır xəstə şəxslər də var.

Onun sözlərinə görə, Ukraynaya qaytarılan ən yaşlı şəxsin 96 yaşı var.

Mübadilə Ukrayna-Belarus sərhədində yerləşən “Novaya Quta” sərhəd-keçid məntəqəsində keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin