Moskvada cəhənnəm gecəsi: Anbarlar, Neft Emalı Zavodu yanır, aeroportlar dayandı - VİDEO

Hazırda oxunan: Moskvada cəhənnəm gecəsi: Anbarlar, Neft Emalı Zavodu yanır, aeroportlar dayandı - VİDEO

637633

Ötən gecə Ukrayna Moskva və ətraf bölgəyə ən böyük kütləvi hücumlarından birini təşkil edib.

Bizim.Media xəbər verir ki, Moskva meri Sergey Sobyanin bilavasitə paytaxt ərazisində 186 PUA-nın vurulduğunu elan edib.

Moska ətrafına isə 250-dən çox PUA-nın hücum etdiyi bildirilir. Bir sıra partlayışlar və dron qruplarının bir neçə istiqamətdə uçduğu qeydə alınıb. Sosial şəbəkələrdə Moskva ətrafındakı Sofyino kəndində Kari ayaqqabı şəbəkəsinə məxsus anbar da daxil olmaqla, anbarlardan birində yanğın baş verdiyinə dair məlumat yayılıb.

Ukraynanın Fire Point şirkəti FP-1 hücum dronlarının Moskva bölgəsindəki bir anbar kompleksini məhv etdiyini açıqlayıb. Söhbətin "Modern Warehouse Technologies" şirkətinə məxsus anbarlardan getdiyi bildirilir. Daha sonra Rusiya rəsmi mənbələri Sofyinoda anbar kompleksində yanğın olduğuna dair məlumatı təsdiqləyiblər.

Eyni zamanda səhər saatlarında Sergey Sobyaninin dron hücumu nəticəsində Moskva Neft Emalı Zavodunun ərazisindəki bir obyektə ziyan dəydiyini açıqlayıb.

Həmçinin Moskva ətrafındakı İstra şəhərində sənaye müəssisəsinə zərər dəydiyi bildirilir.

Moskvanın bütün hava limanları işini dayandırıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin