Müsadirə olundu, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

Hazırda oxunan: Müsadirə olundu, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

637587

İcra məmurlarının sifarişi əsasında hərraca çıxarılan 99 RU 777 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobili alan yoxdur.

Bizim.Media “yeniavaz.com”a istinadla xəbər verir ki, avtomobil ilk dəfə sentyabr ayının 7-də 17 min 850 manata hərraca çıxarılsa da, satılmayıb.

4200 kub sm mühərrik həcminə sahib olan 2008-ci il istehsalı “Range Rover” 13 min 650 manata yenidən hərraca çıxarılıb.

Qeyd edək ki, hazırda Yol Polisinin 11 saylı cərimə meydançasında saxlanılan avtomobilin dövlət qeydiyyat nişanı (99 RU 777) daha əvvəl 6 min manata satışa çıxarılıb.

Onu da qeyd edək ki, hazırda müxtəlif elan saytları vasitəsilə satışa çıxarılan 2008-ci il istehsalı “Rənc Rover”in minimal satış qiyməti 22-23 min manat təşkil edir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin