Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

Hazırda oxunan: Həyat eşqini söndürən xəstəlik – Hər üç adamdan birində var

637413

Güzgüyə baxır, sanki yad birini görürsünüz. Sevimli paltarlarınızı, ayaqqabılarınızı rəfdə toz basır. Tanış gəlir? Bu, sadəcə son vaxtlar dilimizə düşmüş “tükənmişlik sindromu” deyil, əlbəttə ki, tənbəllik heç deyil. Bu, apatiyadır – elə bir daxili sükunət halı ki, hətta ən çox arzuladığınız şeylər belə gözlərinizin sönmüş işığını yandırmağa kifayət etmir.

Apatiya yunancadan hərfi tərcümədə ehtirasın olmamağı deməkdir. Amma nəzərə alsaq ki, insanı hər yeni macəraya, işlərə, maraqlara yönəldən də elə coşğu və ehtirasdır, o zaman o söz sadə laqeydlik olmaqdan çıxır. Tibbi izaha görə, apatiya ali sinir fəaliyyətinin pozulması nəticəsində olur. Bundan başqa, qalxanabənzər vəzin hipofunksiyası zamanı miksedema xəstəliyi müşahidə olunur və bu xəstəliyin əlamətlərindən biri də apatiyadır.

Apatiya depressiya ilə səhv salınmamalıdır

Apatiya tez-tez depressiya ilə səhv salınır, çünki kənardan baxdıqda onlar həqiqətən də oxşar görünürlər. İstənilən səy – divandan qalxmaq, vanna otağına getmək, bir fəaliyyətdən digərinə keçmək – qeyri-mümkün bir tapşırığa çevrilir. Öz ayaqlarınıza baxırsınız və onları hərəkət etməyə məcbur edə bilmirsiniz. Depressiya keçicidir, apatiya isə uzun müddət müalicə tələb edir. Son zamanlar isə xeyli artıb. Mütəxəssislər həyəcan təbili çalır ki, demək olar hər üç adamdan biri bundan əziyyət çəkir.

Apatiyadan əziyyət çəkən insanla dünyaya buzlu şüşə arxasından baxır: hər şey oradadır, amma heç nə təsir etmir. Məsələn yolda başqasının maşınını cızsanız belə, ürəyinizdə heç bir həyəcan dalğası yaranmır. Sakitləşmək üçün su axtarmağa, nəfəs dərməyə və ya söyməyə ehtiyac duymursunuz. Sadəcə orada dayanıb sığorta agentini gözləyirsiniz. Sanki başqasının həyatını kənardan izləyirsiniz.

Bu xəstələrin sağı-solu bəlli olmur
 

Apatiyalı insanlar kənardan yorğun və kədərli görünsələr də, normal insanlardır,  işə gedə, insanlarla ünsiyyət qura və hətta gülümsəyə bilərlər. Amma ən yaxın adamı dünyasını dəyişər, heç nə hiss etməz, bu qədər daşlaşmış insanlardır. Başqa sözlə, heykəl adam! Üstəlik onların sağı-solu bəlli deyil, hər an nə edəcəklərini də hesablamaq olmur. Amma ümumilikdə təcrid olunmağı sevirlər, çünki insanlarla ünsiyyət ağır bir yük kimi görünür.


Tədricən apatiya şizofreniya və demensiyaya gətirib çıxarır. Apatiya müalicəsi ilk olaraq psixoterapiya ilə başlayır. Mütəxəssis psixoloq tərəfindən təşkil edilən seanslar bu vəziyyətin altında yatan emosional problemləri anlamaq və həll etmək məqsədi daşıyır. Təkcə psixoterapiyanın kifayət etmədiyi hallarda dərman müalicəsi də istifadə olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin