Azərbaycandan bir qrup qazi və onların ailə üzvü Ankara Hava Muzeyi Baş İdarəsində olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin (MMN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, 19 Sentyabr - Qazilər Günü münasibətilə Azərbaycandan olan qazilər və onların ailə üzvləri idarədə qəbul edilib.
"Birlikdə güclü, birlikdə qardaşıq. Ankara Hava Muzeyi Baş İdarəsində keçirilən mənalı proqramda qəhrəmanlarımızın xatirələrini dinlədik, ortaq tariximizin və zəfərlərimizin qürurunu hamımız birlikdə bölüşdük", - paylaşımda bildirilib.
Birlikte güçlü, birlikte kardeşiz. 19 Eylül Gaziler Günü vesilesiyle, vatan toprağını canları pahasına savunan can Azerbaycan’ın kahraman gazilerini ve kıymetli ailelerini Ankara Hava Müzesi Müdürlüğünde ağırlamaktan büyük bir onur duyduk. Ankara Hava Müzesi Müdürlüğünde gerçekleşen anlamlı programda kahramanlarımızın hatıralarını dinledik, ortak tarihimizin ve zaferlerimizin gururunu hep birlikte paylaştık. Ulu Önder Gazi Mustafa Kemal Atatürk olmak üzere tüm şehitlerimizi ve ebediyete irtihal eden gazilerimizi rahmetle yâd ediyor, hayatta olan gazilerimize şükranlarımızı sunuyoruz. #GazilerGünü #MillîSavunmaBakanlığı
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 19, 2026
Bizim.Media
































































































