Misli Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Filip Damyanoviç 90+6-cı dəqiqədə fərqlənib.
Xallarının sayını 11-ə çatdıran meydan sahibləri dördüncü pillədə qərarlaşıb. Bakı klubu 10 xalla beşinci sıradadır.
Günün ikinci görüşündə "İmişli" "Sabah"ın qonağı olacaq.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı məğlub edib - 1:0.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:37 / 19.09.2026
"Turan Tovuz" "Zirə"ni məğlub etdi
Hazırda oxunan: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
Hazırda oxunan: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
637591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































