Rzayi: "Vaşinqtonun İranın şərtlərini qəbul etməsi öz xeyrinədir"

Hazırda oxunan: Rzayi: "Vaşinqtonun İranın şərtlərini qəbul etməsi öz xeyrinədir"

637622

Amerikanın müharibəni dayandırmaq üçün İranın şərtlərini qəbul etməsi öz maraqlarına cavab verir, çünki ABŞ prezidenti Trampın hədələri "heç bir nəticə verməyəcək". 

Bizim.Media xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalına müsahibəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.

Onun sözlərinə görə, Amerika liderinin İrana münasibətdə qiymətləndirmələri və hesablamaları əvvəldən yanlış idi.

"İran həlledici müharibəyə hazırdır. Biz Amerika ordusunun zəif tərəflərini bilirik və hava zərbələrini dəf etməyə hər zamankından daha çox hazırıq", — deyə o iddia edib.

General qeyd edib ki, ABŞ Anlaçma Memorandumundan çıxdıqdan sonra İran Vaşinqtona qarşı strategiyasını tamamilə dəyişib. 

"Əgər hücuma məruz qalsaq, bölgədəki ABŞ bazalarına və maraqlarına zərbələr endirəcəyik", — deyə Rzayi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin