“Azərbaycanda 2020-ci ildən sonra sülh şəraiti olmasına baxmayaraq 364 insan mina partlamasına görə əziyyət çəkir və 73 insan dünyasını dəyişib”.
Bizim Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu" adlı panel müzakirədə deyib.
"2021-ci ildən bugünədək 300 min hektar ərazi minalardan təmizlənib. Biz 2021-ci ildə torpaqların minalardan təmizlənməsinə başladıqda 20 min hektar sahənin təmizlənməsini nəzərdə tuturduq. Lakin nəzərdə tutulandan daha çox ərazi minalardan təmizlənib. Bu ilin sonuna qədər 65 min hektarın təmizlənməsi nəzərdə tutulub" - deyə sədr müavini qeyd edib.
Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 02.09.2026
Postmüharibə dövründə mina qurbanlarının SAYI AÇIQLANDI
Hazırda oxunan: Postmüharibə dövründə mina qurbanlarının SAYI AÇIQLANDI
Hazırda oxunan: Postmüharibə dövründə mina qurbanlarının SAYI AÇIQLANDI
634369
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































