Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

Hazırda oxunan: Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı

634231

9 ay öncə həbs edilən kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli azadlığa buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə eksklüziv olaraq "Unikal"a Tulin Ələkbərovanın vəkili Natiq Əliyev məlumat verib.

Vəkilin sözlərinə görə, Tulin Ələkbərovaya və Abbas Rəhimliyə qarşı irəli sürülən ittiham üzrə onların təqsiri sübuta yetirilmədiyindən barələrində aparılan cinayət işi istintaq orqanı tərəfindən xitam verilib.

Bununla da xanım idmançı və tələbəsi bu gün azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2025-ci il dekabrın 4-də Abşeron rayonu ərazisində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü şəxsə qarşı quldurluq cinayəti olub. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli şübhəli şəxs qismində saxlanılıblar.

2025-ci ilin dekabrın 6-da isə Abşeron Rayon Məhkəməsində hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törədilməsi) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddələri ilə ittiham irəli sürülmüşdü. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin