Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki minaaxtaran it alınacaq.
Bu barədə Bizim.Media-ya "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyindən məlumat verilib.
Bildirilib ki, Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyinin maliyyə dəstəyi ilə "Minaaxtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi" adlı yeni layihənin icrasına başlanılıb.
Məqsəd azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaq, kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir.
Vurğulanıb ki, layihə çərçivəsində iki minaaxtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:32 / 01.09.2026
Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq
Hazırda oxunan: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq
Hazırda oxunan: Azərbaycanda minatəmizləmə əməliyyatları üçün iki it alınacaq
634207
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































