"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

Hazırda oxunan: "Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

633786

"Araz-Naxçıvan"ın UEFA Futzal Çempionlar Liqasının əsas mərhələsində yer aldığı 5-ci qrupun bütün iştirakçıları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, ilkin mərhələnin oyunlarından sonra C qrupunun qalibi "Buba Mara" (Bosniya və Herseqovina) və D qrupunun lideri "Uypeşt" (Macarıstan) Naxçıvan təmsilçisinin rəqibləri olub.

Püşkatmanın nəticəsinə əsasən, 5-ci qrupa E qrupunun qalibi də qoşulmalı idi. Lakin həmin qrupda Ermənistan çempionu "Unisport" birinci yeri tutub.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri eyni qrupda yer ala bilmədikləri üçün E qrupunun deyil, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.
 

Beləliklə, Polşada keçiriləcək əsas mərhələdə "Araz-Naxçıvan"la yanaşı, "Piast" (Polşa), "Buba Mara" (Bosniya və Herseqovina) və "Uypeşt" (Macarıstan) mübarizə aparacaqlar.


Qeyd edək ki, "Araz-Naxçıvan" turnirdə 21-ci dəfə iştirak edəcək. Naxçıvan təmsilçisi bu göstəriciyə görə yalnız Qazaxıstanın "Kayrat" klubundan geri qalır.

Turnirin əsas mərhələsinin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin