İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Hazırda oxunan: İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

633784

İslandiyada Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə keçirilən referendumda seçicilərin səsləri demək olar ki, bərabər bölünüb.

Bizim.Media xəbər verir ki, referendumda iştirak edənlərin 49,9 faizi danışıqların bərpasını dəstəkləyib, 50,1 faizi isə bunun əleyhinə çıxıb.

Referendum məsləhət xarakteri daşıyır. Bununla belə, İslandiya hakimiyyəti siyasətini müəyyənləşdirərkən səsvermənin nəticələrini nəzərə alacağını açıqlayıb.
 

Təşəbbüs təsdiqlənəcəyi təqdirdə İslandiyanın Aİ-yə potensial üzvlüyü ilə bağlı danışıqlar yenidən başlayacaq. Danışıqlar başa çatdıqdan və Aİ-yə üzv ölkələrin hamısı razılıq verdikdən sonra isə İslandiyada üzvlüklə bağlı ikinci referendumun keçirilməsi tələb olunacaq.


Referendumda seçici fəallığı yüksək olub. Reykyavikdə seçicilərin təxminən 60 faizi səsvermədə iştirak edib, kənd rayonlarında isə bu göstərici 80 faizdən çox olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin