Norveç Kralı V Harald xəstəxanada son dərəcə ağır vəziyyətdədir.
Bizim.Media "BBC News"a istinadla xəbər verir ki, bu barədə ölkənin kral ailəsi məlumat yayıb.
89 yaşlı monarx artıq bir həftədən çoxdur ki, Oslo Universitet Hospitalında nadir qan xəstəliyi – hemolitik anemiya səbəbindən müalicə olunur. Onun vəziyyətinin pisləşməsi fonunda Kraliça Sonya və taxt-tacı ləyaqətlə təmsil edən varis, kronşahzadə Haakon bütün planlaşdırılmış tədbirləri təxirə salaraq xəstəxanaya gəliblər. Kralın çarpayısı ətrafına kral ailəsinin digər üzvləri də toplaşıb.
Harald 1991-ci ildən bəri Norveç taxtındadır və Avropanın ən yaşlı dövlət başçısı hesab olunur. Kral xəstəlik məzuniyyətində olduğu müddətdə onun vəzifələrini 53 yaşlı Haakon icra edir.
Norveç Baş naziri Yonas Qar Störe Almaniyaya planlaşdırılan səfərini təxirə salıb və orada kansler Fridrix Merts ilə görüşməli idi. Oslo sakinləri də kral sarayının qarşısına gül dəstələri gətirməyə başlayıblar.
Bizim.Media








































































































