Bakıda dünən axşam saatlarında baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Bizim.Media APA TV-yə istinadla xəbər verir ki, Elvin Orucov və sevgilisi 35 yaşlı Günnisə Cəbrayılova 4-5 ay qeyri-rəsmi nikahda ər-arvad kimi yaşayıblar.
Məlumata əsasən, Günnisə bu münasibəti bitirmək və Elvindən ayrılmaq istəyib. Lakin sevgilisinin ayrılıq qərarı Elvinin ürəyincə olmayıb.
Nəticədə tərəflər arasında baş verən mübahisə zamanı E. Orucov qadının sinəsinə və qol nahiyələrinə bıçaq zərbələri endirib. Günnisə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media








































































































