Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin dəyəri 2 milyard 109 milyon 757 min ABŞ dolları təşkil edib.
Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 959 milyon 968 min ABŞ dolları (31,2 %) azdır.
Son 1 ildə Azərbaycanın Rusiyaya ixracının dəyəri 3,9 % artaraq 749 milyon 550 min ABŞ dolları, idxalının dəyəri isə 42 % azalaraq 1 milyard 360 milyon 207 min ABŞ dolları olub.
Hesabat dövründə Rusiya ilə ticarət ümumi dövriyyənin 7,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 3,8 %-ni, Rusiyadan idxal isə ümumi idxalın 13,7 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:47 / 27.08.2026
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB
Hazırda oxunan: Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB
Hazırda oxunan: Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi KƏSKİN AZALIB
633371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































