Diyetoloq Elizabet Klinqbeyl arterial təzyiqi aşağı salmağa kömək edə biləcək ən yaxşı meyvənin adını açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, "Parade" nəşrinə müsahibəsində bununla bağlı tövsiyələrini bölüşüb.
Elizabet Klinqbeyl qeyd edib ki, insanların əksəriyyəti qan damarlarının divarlarının rahatlaması üçün kifayət qədər kalium qəbul etmir.
Onun sözlərinə görə, bir ortaölçülü bananın tərkibində təxminən 422 milliqram kalium var.
"Sağlam qidalanmaya riayət edildikdə, kalium arterial təzyiqin aşağı salınmasına kömək edir. Beləliklə, qısamüddətli perspektivdə bu meyvənin istehlakını artırmaq hipertoniya zamanı müəyyən qədər faydalı ola bilər", - deyə diyetoloq bildirib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:27 / 27.08.2026
Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ
Hazırda oxunan: Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ
Hazırda oxunan: Qan təzyiqini aşağı salmaq üçün ƏN YAXŞI MEYVƏ
633323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































