Müəllimlərdən sonra kitabxanaçılar da imtahan verəcək? - Nazirlikdən AÇIQLAMA

Hazırda oxunan: Müəllimlərdən sonra kitabxanaçılar da imtahan verəcək? - Nazirlikdən AÇIQLAMA

633171

Bir neçə ildir orta məktəbdə çalışan müəllimlərin sertifikatlaşdırılması mərhələli şəkildə həyata keçirilir. Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış müəllimlərin əməkhaqlarına nəticələrindən asılı olaraq 10 və ya 35 faiz əlavə olunur. Aşağı nəticə göstərən müəllimlərə isə bir il möhlət verilməklə təkrar imtahanda iştirak etmək şansı verilir.

Ümumi təhsil müəssisələrində çalışan, təlim-tədris prosesində iştirak edən digər işçiləin, kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri, psixoloqların da sertifikasiyaya cəlb olunması cəmiyyətdə müzakirə olunur. Xüsusilə, Mədəniyyət Nazirliyinə tabe olan kitabxanalarda çalışan işçkilərin attestasiyaya cəlb edilməsi bu müzakirəni daha da aktiv edir.
 

Bəs müəllimlərdən sonra məktəb kitabxanaçılarının da sertifikasiyası planlaşdırılırmı? Bu, nə zaman olacaq? Müəllimlərin sertifikatlaşdırılmasında tətbiq olunan əməkhaqqı artımı, zəif nəticə göstərənlərə təkrar imtahan üçün bir il möhlət və s. kimi qaydalar onlara da şamil olunacaqmı?


Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması Qaydası"na uyğun həyata keçirilir.

Qeyd edilib ki, gələcəkdə kitabxanaçı vəzifəsində çalışan şəxslər sertifikatlaşdırılma prosesinə cəlb olunacaqları təqdirdə, bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin