Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Hazırda oxunan: Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

633402

Azərbaycanlı kriminal avtoritet, “Agbaş Qalib”, “Qalib Gəncinskıy” ləqəbi ilə tanınan Qərib Həsənov Rusiyanın Soçi şəhərində dünyasını dəyişib.

Bizim.Media “qaynarinfo.az”a istinadla xəbər verir ki, Qərib Həsənov 23 avqust 2026-cı ildə ailəsi ilə birgə Rusiyanın Soçi şəhərinə dincəlmək üçün gedib.
 

Elə həmin gün Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 24 avqust 2026-cı il tarixində Qərib Həsənovun saxlanıldığı polis məntəqəsində səhhətində ciddi problem yaranıb. Hadisə yerinə Təcili Tibbi Yardım Briqadası çağırılsa da o həyatını itirib.


İddia edilir ki, həmin vaxt Qərib Həsənova dozadan artıq ağrıkəsici vurulduğu üçün həyatını itirib. 1976-cı il təvəllüdlü Qərib Həsənov bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində dəfn edilib.

İddialara görə, mərhum postsovet məkanında kriminal aləmində "Şakro Molodoy” kimi tanınan qanuni oğru Zaxari Kalaşovun yaxın dostlarından biri imiş.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin