SON DƏQİQƏ! Robert Köçəryan HƏBS EDİLDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Robert Köçəryan HƏBS EDİLDİ

633269

Ermənistanın ikinci prezidenti Robert Köçəryan iki ay müddətinə həbs edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

Müvafiq qərarı Korrupsiyaya Qarşı Məhkəmənin hakimi Sarkis Dadoyan qəbul edib. Hazırda Robert Köçəryan xəstəxanadadır. O, uzun sürən məhkəmə iclasından sonra tibb müəssisəsinə aparılıb.

Keçmiş prezidentin həbsi ilə bağlı vəsatətin baxılması təxminən yeddi saat davam edib. Köçəryanın oğlu, deputat Levon Köçəryanın sözlərinə görə, Robert Köçəryan xəstəxanaya qaytarıldıqdan sonra məhkəmə iclası vəkillərin iştirakı ilə davam etdirilib.

Qeyd edək ki, Robert Köçəryana qanunsuz əmlak əldə etmə ilə bağlı ittiham irəli sürülüb. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin