BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

Hazırda oxunan: BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq - VİDEO

633376

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son günlər sürücülərin sükan arxasında yuxulaması ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təkrarlanması ilə bağlı xəbərdarlıq edib.

Bizim.Media Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla bildirir ki, növbəti belə hadisə Balakən rayonunda qeydə alınıb.
 

Sürücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil idarəetmədən çıxaraq yol kənarında quraşdırılmış xüsusi texniki avadanlığa çırpılıb. Hadisə nəticəsində sürücü və sərnişin xəsarət alıb, avadanlığa isə ziyan dəyib.


Qeyd olunub ki, yuxululuq yol hərəkəti təhlükəsizliyinə birbaşa təsir göstərən ciddi risk amilidir. Belə vəziyyətdə diqqətin və reaksiyanın zəifləməsi, hətta qısa müddətli mürgüləmə belə avtomobil üzərində nəzarətin itirilməsinə səbəb ola bilər.

BDYPİ sürücüləri yorğun və yuxulu halda nəqliyyat vasitəsini idarə etməməyə, yuxululuq hiss etdikdə isə hərəkəti davam etdirmədən təhlükəsiz yerdə dayanaraq istirahət etməyə çağırıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin