İranın səfiri Çexiya XİN-ə çağırıldı

Hazırda oxunan: İranın səfiri Çexiya XİN-ə çağırıldı

633397

Tehranın Çexiyanın paytaxtında yerləşən və ABŞ tərəfindən maliyyələşdirilən farsdilli "Radio Farda" radiostansiyasını Amerika və İsrailə işləməkdə ittiham etməsindən sonra, İranın Praqadakı səfiri Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ÇTK agentliyi diplomatik korpusun rəhbəri Petr Masinkaya istinadən məlumat yayıb.
 

İran Silahlı Qüvvələrinin rəsmisi Əbülfəzl Şəkərçi bəzi kütləvi informasiya vasitələrini, o cümlədən "Radio Farda"nı ABŞ və İsrailə işləməkdə ittiham edib və onların İran üçün hədəf siyahısına əlavə edilə biləcəyini bəyan edib.


"İran səfiri "Radio Farda" radiostansiyasına qarşı səslənən təhdidlərlə bağlı Çexiya Xarici İşlər Nazirliyinə çağırılıb. Petr Masinkanın sözlərinə görə, görüş ən qısa zamanda Yaxın Şərq departamentinin direktoru səviyyəsində baş tutmalıdır", – deyə nəşrdə qeyd olunub.

"Radio Farda" Çexiyanın paytaxtında yerləşən Amerikanın "Azad Avropa Radiosu / Azadlıq Radiosu" (RFE/RL) holdinqinin rəhbərliyi altında fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin