İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

Hazırda oxunan: İspaniyada Tunc dövrünün məşhur xəzinəsi oğurlandı - FOTO

633370

İspaniyanın Vilyena şəhərində muzeydən "Vilyena xəzinələri" kimi tanınan Tunc dövrünə aid qızıl kolleksiyası oğurlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Naməlum şəxslər arxeologiya muzeyini qarət edib və kolleksiyadan 50-dən çox əşyanı oğurlayıblar.
 

"Vilyena muzeyində siqnalizasiya səhər saat 5:20 radələrində işə düşüb. Oğrular saat 5:24-də binanı tərk ediblər. Çox sürətli və çox peşəkar əməliyyat olub", - şəhər şurasının nümayəndəsi bildirib.


Oğurlanmış eksponatlar arasında: 29 qolbaq, 11 kasa, üç butulka və digər əşyalar var. Onların əksəriyyəti qızıldan hazırlanıb.

Şəhərin meri Fulgensio Serdan qeyd edib ki, oğurlanmış əşyalardakı qızılın dəyəri təxminən 1,7 milyon avro təşkil edib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin