"Novxanı qəsəbəsində yerləşən və sahibi tərəfindən satışa çıxarılan bağ evi atam - Aftandil İsrafilova məxsus deyil".
Bizim.Media xəbər verir ki, bu sözləri “oxu.az”a açıqlamasında Xalq artisti Aftandil İsrafilovun qızı Nigar Əliyeva deyib.
O bildirib ki, vaxtaşırı Aftandil İsrafilovun adından istifadə olunaraq bağ evinin satışa çıxması xəbərləri dərc olunur, sosial media platformalarında paylaşılır:
"Mənim atam üç il əvvəl vəfat edib. Həmin bağ evi vaxtilə bizim olsa da, çoxdan satılıb. Hazırda evi satışa çıxaran da, satan da biz deyilik. Ev başqa şəxsin mülkiyyətindədir. Ola bilər ki, həmin bağ evini mülkiyyətçi satışa çıxarıb, amma burada atamın adının hallandırılması düzgün deyil.
O bağ evi Aftandil İsrafilovun bağ evi deyil, niyə onun bağ evi kimi təqdim olunur? Kimin bağ evidir, kim satırsa, öz adı ilə satsın. Atamın adından istifadə etməsin. Onsuz da, atamın vəfatı bizi çox sarsıdıb, belə yanlış məlumatlar da bizi narahat edir".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:31 / 26.08.2026
Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI
Hazırda oxunan: Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI
Hazırda oxunan: Aftandil İsrafilovun villası satışa çıxarılıb? - Qızı HƏQİQƏTİ AÇIQLADI
633126
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































