Berlində ekofəallar bir neçə küçədə hərəkəti dayandırıb

Hazırda oxunan: Berlində ekofəallar bir neçə küçədə hərəkəti dayandırıb

628703
Almaniyanın Berlin şəhərində “Letzte Generation” ekoloji hərəkatının fəalları qlobal istiləşmə probleminə diqqət çəkmək üçün səhər saatlarından 20-dən çox aksiya keçirirlər.
 
Aksiyalar şəhərdə nəqliyyatın hərəkətinin ciddi dərəcədə məhdudlaşdırılmasına səbəb olub.
 
Səhər saatlarında 7 nəfər Ernst Reyter meydanında, 5 nəfər Şarlottenburq rayonundakı Hardenberq ştrassedə özünü asfalta yapışdırıb. Daha sonra analoji aksiyalar digər küçələrdə də təşkil olunub.
 
Bundan əvvəl fəallar hökumətin qlobal istiləşmə ilə mübarizədə kifayət qədər səy göstərməməsinə etiraz edərək, yaxın günlərdə Berlində davamlı olaraq aksiyalar keçirmək niyyətində olduqlarını bəyan etmişdilər. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin