Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

Hazırda oxunan: Peskov: "Avropa İttifaqı Ukrayna ilə sülh perspektivlərini tamamilə məhv edə bilməyəcək"

623387

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ arasında əlaqələr Stiv Uitkoff və Cared Kuşnerin səfərləri olmasa belə davam edir.

Bizim.Media xəbər verir ki, Peskov vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına hər zaman açıqdır və qarşıya qoyulan məqsədlərə məhz diplomatik yolla nail olmağa üstünlük verir.

Jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin sözçüsü Avropa İttifaqının sülh perspektivlərini tamamilə məhv etməyəcəyinə ümid etdiklərini ifadə edib:

"Ümid edirik ki, Avropa İttifaqı bu perspektivləri tamamilə məhv edə bilməyəcək. Bu baxımdan, biz amerikalı vasitəçilərin xoşməramlı səylərinin davam etdirilməsinə ümid edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin