Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Hazırda oxunan: Şahbaz Şərif Türkiyəyə səfər edəcək

623154

Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
 

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.


Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunun keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Ş.Şərifin regional səfəri çərçivəsində İrana səfər etməsi də nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin