Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

Hazırda oxunan: Netanyahu: "İsrail bu ildən etibarən ABŞ-ın maliyyə yardımından imtina edəcək"

622816

İsrail iqtisadiyyatı təkbaşına mövcud olmaq üçün kifayət qədər güclüdür, bu səbəbdən Təl-Əviv artıq bu ildən etibarən Vaşinqtonun maliyyə yardımından imtina edə bilər. Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

Bizim.Media xəbər verir ki, məlumatı "News18" portalı yayıb.
 

"Mən Amerikanın köməyinə son qoymaq istəyirəm. Bu, sosial müavinət kimidir, mənim buna ehtiyacım yoxdur", — deyə Netanyahu bildirib. İsrailin hökumət başçısı ABŞ yardımından imtina prosesinə məhz bu il başlamaq istədiyini əlavə edib.


Qeyd edək ki, "Politico" qəzetinin 27 iyun tarixli məlumatına görə, İran əleyhinə ABŞ-la birgə keçirilən son hərbi əməliyyatlara baxmayaraq, İsrail getdikcə daha çox beynəlxalq təcridlə üzləşir.

ABŞ vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, İsrail Birləşmiş Ştatların xüsusi müttəfiqi statusunun artıq zəmanət altında olmadığını dərk etməlidir.

ABŞ Prezidenti Donald Tramp isə iyunun 19-da verdiyi bəyanatda aralarındakı yaxşı münasibətlərə rəğmən, Netanyahunu "ağıllı və ayıq" saxlamağın vacibliyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin