G7 ölkələrinin liderləri Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə razılığa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə G7-nin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Rusiyanın hərbi iqtisadiyyatına təzyiq artırılacaq, xüsusilə neft və qaz sektorlarına qarşı sanksiyalar gücləndiriləcək.
G7 liderləri, həmçinin Ukraynaya sarsılmaz dəstəklərini bir daha təsdiqləyərək hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahların tədarükünün artırılması barədə razılığa gəldiklərini bildiriblər.
Bizim.Media































































































