Tramp: "İsrail “Hizbullah”ın öhdəsindən gələ bilmirsə, bunu Suriya edəcək"

Hazırda oxunan: Tramp: "İsrail “Hizbullah”ın öhdəsindən gələ bilmirsə, bunu Suriya edəcək"

619663

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki hərbi-siyasi böhran və Livan cəbhəsindəki döyüşlərlə bağlı növbəti sensasiyalı bəyanatını səsləndirib. Ağ Ev rəhbəri İsrailin apardığı hərbi kampaniyanın həddindən artıq çox qurbanlara səbəb olduğunu əsas gətirərək, Livanın "Hizbullah" hərəkatı ilə mübarizəni Suriyanın yeni rəhbərliyinə həvalə etməyi təklif etdiyini bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı AFP agentliyi yayıb.

"Suriya bu işi təkbaşına həll edəcək"
 

Böyük Yeddiliyin (G7) sammitində çıxış edən Donald Tramp Suriyanın yeni prezidenti Əhməd əş-Şaraanın fəaliyyətini yüksək qiymətləndirib və onun "heyrətamiz iş" ortaya qoyduğunu vurğulayıb:


"Əgər İsrail digər günahsız insanları öldürmədən bu tapşırığın (“Hizbullah”la mübarizənin) öhdəsindən gələ bilmirsə, o zaman əş-Şaraa bunu təkbaşına edəcək. Suriya bu işi yerinə yetirəcək. Lakin nəzərə almaq lazımdır ki, Suriyanın yeni prezidenti heç də skaut deyil".

"İsrail daha sürətli hərəkət etməli idi"

ABŞ Prezidenti hərbi əməliyyatların uzanmasından və mülki itkilərin artmasından narahatlığını gizlətməyib:

"İsrail çox uzun müddətdir ki, “Hizbullah”la mübarizə aparır və bu prosesdə həddindən artıq çox insan həyatını itirir. Mən İsrailə təklif etdim ki, “Hizbullah” məsələsini Suriyanın öhdəsinə buraxsınlar. Dürüst olsam, düşünürəm ki, suriyalılar bu işin öhdəsindən daha yaxşı gələrlər".

Netanyahuya sərt mesaj: "Daha məsuliyyətli olmalıdır"
 

Son zamanlar İsrail Baş naziri Benyamin Netanyahu ilə münasibətlərinin pisləşməsi barədə yayılan xəbərlərə də toxunan Tramp, müttəfiqinə birbaşa xəbərdarlıq edib. O, Netanyahunun Livan məsələsində daha məsuliyyətli davranmalı olduğunu diqqətə çatdırıb:


"Mən İsrailin Livan və “Hizbullah”la bağlı nümayiş etdirdiyi mövqedən və davranışdan narazıyam. Onlar bu işi daha sürətli şəkildə yekunlaşdırmalı idilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin