SAXAL HƏMAS-ın iki komandirinin məhv edildiyini bəyan etdi

Hazırda oxunan: SAXAL HƏMAS-ın iki komandirinin məhv edildiyini bəyan etdi

619483

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS hərəkatının iki komandirinin məhv edildiyini bildirib.

Bizim.Media xəbər verir ki, hərbçilərin məlumatına görə, söhbət Qəzzanın mərkəzi hissəsində öldürülən Saleh Ramadan Məhəmməd Xəlifə və anklavın şimalında zərərsizləşdirilən Məhəmməd Musa Diab əl-Biladan gedir.
 

SAXAL iddia edir ki, zərbələr zamanı mülki əhali arasında tələfatı minimuma endirmək məqsədilə yüksək dəqiqlikli sursatlardan və havadan müşahidə sistemlərindən istifadə olunub.


Bir qədər əvvəl isə Qəzza şəhərinin şimal hissəsinə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində iki nəfərin həlak olduğu, onlardan birinin uşaq olduğu bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin