ABŞ və İran hərbi əməliyyatların başa çatdırılması barədə razılaşma imzalayıblar.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Daha əvvəl "Reuters" agentliyi ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun elektron formatda imzalandığını yazmışdı. Sənədə Donald Tramp, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens və İran Məclisinin sədri Məhəmməd-Baqer Qalibaf imza atıblar.
Ağ Evin rəhbəri iyunun 19-da Hörmüz boğazının tam açılacağını, məhz həmin gün İsveçrədə sülh sazişinin rəsmi imzalama mərasimi keçiriləcəyini bildirib. ABŞ lideri hazırda boğazın qismən açıq olduğunu əlavə edib.
Tramp həmçinin qeyd edib ki, mərasimdə ABŞ-nin vitse-prezidenti iştirak edəcək. Ağ Ev rəhbəri özünün tədbirə qatılıb-qatılmayacağını hələ dəqiq bilmir, lakin mərasimdə iştirakını istisna etməyib.
Bizim.Media







































































































