İslamabad razılaşmasının bəzi DETALLARI AÇIQLANDI

Hazırda oxunan: İslamabad razılaşmasının bəzi DETALLARI AÇIQLANDI

619464

ABŞ və İran arasında əldə olunan "İslamabad razılaşması"nın əsas detalları məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Razılaşmanın 13-cü bəndi bununla bağlıdır ki, memorandumun bəzi digər bəndləri icra olunmayana qədər yekun sənəd, yəni nüvə məsələsi ilə bağlı danışıqlar aparılmayacaq", - məlumatda bildirilib və əlavə olunub ki, danışıqların son gününə qədər 13-cü bənd 4, 5, 10 və 11-ci bəndləri əhatə edir.
 

Belə ki, razılaşmanın 4 və 5-ci bəndləri Hörmüz boğazının beynəlxalq gəmiçilik və kommersiya daşımaları üçün dərhal və rüsumsuz açılmasını tələb edir. ABŞ İran limanlarına tətbiq etdiyi dəniz mühasirəsini isə tamamilə ləğv etməlidir.


10-cu və 11-ci bəndlər İranın neft, neft-kimya məhsulları və onların törəmələrinin satışına qoyulan sanksiyaların mərhələli şəkildə yumşaldılmasıdır. Eyni zamanda İranın xaricdə dondurulmuş aktivlərinin - ilk mərhələdə 24 milyard dolların azad edilməsidir.

Razılaşmanın 1-ci və 13-cü bəndləri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılmalıdır. Lakin nüvə proqramı və 60 günlük möhlət danışıqlar mərhələsinə daxil edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin