İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

Hazırda oxunan: İran–ABŞ memorandumunun əsas detalları açıqlandı

619235

İran parlamentinin sədri və danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqer Qalibafın müşaviri Mehdi Məhəmmədi Tehran və Vaşinqton arasında müzakirə olunan memorandumun əsas müddəələrini açıqlayıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, sənəd bir neçə əsas istiqaməti əhatə edir:

Hərbi əməliyyatların dayandırılması və qarşılıqlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi;

İranın bəzi xarici aktivlərinin blokdan çıxarılması və müəyyən sanksiyaların yumşaldılması;

Dəniz ticarətinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması və gəmiçiliyin normallaşdırılması;

Nüvə proqramı ilə bağlı məsələlərin danışıqların növbəti mərhələsində müzakirə olunması;

Gələcək mərhələlərdə sanksiyaların tam ləğvi və mümkün kompensasiya mexanizmlərinin nəzərdən keçirilməsi. (Iran24)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin