İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

Hazırda oxunan: İsraildən ABŞ və İran razılaşmasına sərt reaksiya: "Bu, xəyanətdir"

619195

ABŞ və İran arasında əldə olunan yeni diplomatik razılaşma Tel-Əvivdə kəskin narazılıqla qarşılanıb. İsrailin yüksək rütbəli rəsmilərindən biri Vaşinqtonun bu addımını pisləyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin yüksəkçinli hökumət nümayəndəsi ölkənin "Ynet" nəşrinə verdiyi şərhdə sözügedən sazişi kəskin dillə tənqid edib:

"ABŞ və İran arasında əldə olunan bu razılaşma tamamilə İsrail xalqının və dövlətinin təhlükəsizlik maraqlarına ziddir. Biz baş verənləri açıq şəkildə “xəyanət” kimi qiymətləndiririk".
 

Mənbə həmçinin əlavə edib ki, rəsmi Tel-Əviv hazırda ABŞ ilə İran arasında gedən pərdəarxası danışıqların gedişatına təsir göstərmək imkanlarının məhdud olmasından ciddi narahatlıq keçirir.


İsrail tərəfi regional təhlükəsizliyi təhdid edən bu növ birtərəfli sazişlərə qarşı öz qəti mövqeyini qoruyacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin