Çexiya Tayvanın suverenliyini rəsmən tanımaq niyyətində deyil.
Bizim.Media "Ct24" nəşrinə istinadla xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəhbəri Petr Matsinka bəyanatla çıxış edib.
"Çexiya hökuməti Tayvanın müstəqilliyini tanımayacaq, belə bir planı yoxdur", - deyə diplomat bildirib.
Matsinka bu cür reaksiya ilə Senatın sədri Miloş Vıstrçilin bu yaxınlarda Tayvana etdiyi səfərə münasibət bildirib. Çexiya parlamentinin yuxarı palatasının spikeri mayın 31-dən başlayaraq adada beş gün keçirib. Bu səfər Vıstrçilin şəxsi qərarı olub və o, bunu ölkə hökuməti ilə razılaşdırmayıb.
Matsinka Çexiyanın Çin ilə münasibətlərini yaxşılaşdırmağın vacibliyini qeyd edib. O vurğulayıb ki, respublika Avropa İttifaqı ölkələri arasında Çin Xalq Respublikası (ÇXR) ilə ən gərgin əlaqələrə malik dövlətdir.
Bizim.Media







































































































