22 ölkə İrana xəbərdarlıq etdi

Hazırda oxunan: 22 ölkə İrana xəbərdarlıq etdi

618862

22 ölkə, o cümlədən ABŞ və bir sıra Avropa dövlətləri birgə bəyanatda İrana xəbərdarlıq edərək, öz ərazilərində fərdlərə qarşı hücumları dayandırmağı tələb ediblər.

Bizim.Media Azad İrana-a istinadən xəbər verir ki, bu ölkələr, eləcə də İranın dəstəklədiyi qrupların onların ərazisindəki şəxslərə hücum etmək fəaliyyətlərini "sui-qəsd" adlandıraraq pisləyiblər.
 

Bəyanatda İranın təhlükəsizlik orqanları "Avropa, Şimali Amerika və Avstraliyada planları icra etmək üçün beynəlxalq və yerli cinayətkar şəbəkələrdən istifadə etməkdə" ittiham olunub.


Bəyanatda yəhudi icmalarını, iranlı və amerikalı jurnalistləri hədəf alan və məsuliyyətini "İranla həmfikir olduğu" deyilən "Hərəkat Əshabul-Yəmin əl-İslamiyyə" qrupunun üzərinə götürdüyü hücumları qeyd ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin